...

YAP-ın təşəbbüsü ilə "Heydər Əliyev irsi - Azərbaycanın davamlı inkişaf strategiyası" mövzusunda konfrans keçirilib

Siyasət Materials 6 May 2006 13:57 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə mayın 6-da "Park İnn" otelində mərhum eks-prezident Heydər Əliyevin doğum günü münasibətilə "Heydər Əliyev irsi - Azərbaycanın davamlı inkişaf strategiyası" mövzusunda konfrans keçirib. Trend xəbər verir ki, konfrans iştirakçıları öncə Fəxri Xiyabanda H.Əliyevin məzarını ziyarət ediblər.

Konfransı açan YAP sədrinin birinci müavini, millət vəkili Əli Əhmədov Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdəki rolundan, ölkənin iqtisadi və siyasi həyatında müsbət dəyişikliklərdən bəhs edib.

Milli Məclisin üzvü Murtuz Ələsgərov "Heydər Əliyev və parlamentarizm ənənələri", Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov "Müstəqil Azərbaycan elminin inkişaf konsepsiyası - Heydər Əliyev milli siyasətinin tərkib hissəsi kimi", Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti" mövzularında çıxışlar ediblər.

Natiqlər Heydər Əliyev siyasətinin, idarəçilik təcrübəsinin və uzaqgörənliyinin Azərbaycanın gələcəyi üçün böyk xəzinə olduğunu bildiriblər. Konfransın ikinci hissəsi adıçəkilən otelin müxtəlif zallarında üç bölmədə davam etdiriləcək. Konfransda YAP rəhbərliyi, dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti