...

Etibar Pirverdiyev: Barmek-Azərbaycan ölkə hökuməti ilə müqavilənin 2 bəndini yerinə yetirmir

Siyasət Materials 10 May 2006 15:25 (UTC +04:00)
Etibar Pirverdiyev: Barmek-Azərbaycan  ölkə hökuməti ilə müqavilənin 2 bəndini yerinə yetirmir

Barmek-Azərbaycan 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə "Bakıelektrikşəbəkə" ASC-nin idarəedilməsi üzrə imzaladığı müqavilənin elektrik enerjisinin dəyərinin ödənilməsi və texniki itkilərin azaldılması barədə bəndlərə əməl etmir. Trend in SC-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə bu barədə "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

SC-in məlumatında bildirilib ki, Barmek, $10 mln. vəsaiti oğurlayaraq onu Türkiyədəki və digər ölkələrdəki banklara köçürüb. Bundan əlavə, şirkət qanunsuz olaraq Azpetrolun təsisçisi, hazırda cinayət məsuliyyətinə cəlb edilən Rafiq Əliyevin adına 26 ha qanunsuz torpaq sahəsini özəlləşdirib və rəsmiləşdirib.

"Azərenerji"nin mətbuat xidmətindən verilən məlumata görə, Barmek-in yerini RSC "Rusiya VEŞ"-in tutması barədə məlumatlar həqiqətəuyğun deyil. Mövcud qanunvericiliyə uyğun olaraq, Türkiyə şirkəti ilə müqavilə vaxtından əvvəl dayandırılarsa, tender keçirilməli və onun qalibi Bakının, Sumqayıtın və Azərbaycanın şimal rayonlarının enerjipaylayıcı şəbəkələrinin idarəedilməsi hüququnu əldə edir. Rusiya şirkəti bu prosesdə digər şirkətlərlə birgə iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti