...

İsrail XİN başçısı ilk səfərini Türkiyəyə edəcək

Siyasət Materials 11 May 2006 13:23 (UTC +04:00)

İsrail hökumətinin yeni tərkibi təsdiq edildikdən sonra bu ölkənin xarici işlər naziri Tzıpi Livni özünün ilk səfərini Türkiyəyə etmək niyyətindədir.

Trend in Türkiyədəki xüsusi müxbirinin xəbər verdiyi kimi, diplomatik mənbələrin məlumatına görə, T.Livninin Ankaraya səfəri mayın ikinci yarısına planlaşdırılıb.

Son günlər T.Livni və Türkiyə XİN başçısı Abdulla Gül arasında bir neçə dəfə telefon söhbəti olub.

O da bildirilir ki, iyunun 7-də Türkiyə prezidenti Əhməd Necdət Sezərin İsrailə rəsmi səfəri planlaşdırılıb. Qarşıdakı danışıqlarda İsrail və "Həmas"çı Fələstin rəhbərliyi arasında əlaqələrin qurulmasında Türkiyənin mümkün vasitəçi rolu ilə bağlı məsələnin də müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti