...

Elmira Süleymanova: Səsvermə zamanı polis və məmurlar tərəfindən müdaxilə halları qeydə alınmayıb

Siyasət Materials 14 May 2006 11:56 (UTC +04:00)

Mayın 13-də keçirilmiş seçkilər üzrə səsvermə zamanı polis və məmurlar tərəfindən müdaxilə halları qeydə alınmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan ombudsmanı Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, keçirilmiş seçkilər Azərbaycanda yüksək seçki mədəniyyətinin formalaşmasını göstərir. O qeyd edib ki, ombudsman aparatı əməkdaşlarından ibarət qrup bir çox seçki dairələrində səsvermənin gedişini müşahidə edib. Qeydə alınmış pozuntular isə əsasən, texniki xarakter daşıyıb. Bir çox seçicilər siyahılarda öz adlarını tapa bilməyib və məhkəmələrə müraciət edərək öz hüquqlarını bərpa edib. Həmçinin, seçki məntəqələrindəki nümayəndələrin seçicilərə şəxsiyyət vəsiqəsi əvəzinə sovet pasportlarından yararlanaraq səsvermə imkanı verilməsindən xəbərsiz olması halları da yer alıb.

Xəbər lenti

Xəbər lenti