...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunu

Siyasət Materials 22 May 2006 15:27 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: həftənin yekunu

Azərbaycanın Supsa və Batumi limanları vasitəsilə satdığı AZERI LT (CIF) neftinin orta qiyməti mayın 15-dən 19-dək $67,82/barel təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə $2,24/barel azdır. Trend agentliyinin məlumatına əsasən, AZERI LT-nin maksimal qiyməti bu müddətdə $68,79/barel, minimal isə $66,99/barel olub

Azərbaücanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti mayın 15-dən 19-dək $61,87/barel təşkil edib ki, ötən həftəyə nisbətən $2,46/barel azdır. URAL-ın maksimaq qiyməti bu müddətdə $63,17/barel, minimal isə $61,18/barel olub

Brent (DTD) etalon növünün orta qiyməti mayın 15-dən 19-dək $67,94/barel təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə $2,51/barel azdır. Brent-ın maksimal qiyməti bu dövrdə $69,02/barel, minimal isə $66,77/barel olub.

Azeri Light-ın sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

URAL-ın sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir. DTD-nın sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə - 0,36% təşkil edir.

Azeri Light neftilə doldurulmuş ilk tanker mayın 28- iyunun 3-də Türkiyənin Ceyhan limanından göndəriləcək. Partiyanın həcmi 80 min tondur. Hazırda Ceyhandan neft yüklərinin göndərilmə cədvəli müəyyənləşdirilir. Ehtimallara görə iyunda bir neçə tanker göndəriləcək. 2005-ci ilin mayından 2006-cı ilin mayınadək BTC-yə 1 mln. 083 min ton (8,072 mln. bar.) neft vurulub. Kəmərin doldurulması üçün 10 mln. bar lazımdır.

Xəbər lenti

Xəbər lenti