...

29 may Azərbaycanda qeyri-iş günüdür

Siyasət Materials 23 May 2006 12:19 (UTC +04:00)

Mayın 29-da Azərbaycanda qeyri-iş günüdür. Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Məhərrəmlinin Trend ə verdiyi məlumata görə, bu qərar Nazirlər Kabineti tərəfindən "Əmək Məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikası qanununa müvafiq olaraq qəbul edilib.

Qanunda deyilir ki, əgər bayram günləri həftənin sonuna düşürsə, bu halda bayramlar avtomatik olaraq növbəti iş gününə keçirilir.

"28 may Respublika Gününün bazar gününə düşməsi ilə əlaqədar qeyri-iş günü mayın 29-na keçirilir", - deyə A.Məhərrəmli qeyd edib.

Xəbər lenti

Xəbər lenti