...

İyunun 13-də AŞ Nazirlər Komitəsinin "AQO" monitorinq qrupu Bakıya gələcək

Siyasət Materials 25 May 2006 13:56 (UTC +04:00)

İyunun 13-də Avropa Şurası Nazirlər Komitəsinin "AQO" monitorinq qrupu Bakıya səfər edəcək. Bu barədə Trend ə AŞ-nin Bakı informasiya ofisindən məlumat verilib.

Qrup üzvləri Bakıya iyunun 14-dək gələcək və hökumət, siyasi partiya və QHT nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, "AQO" qrupuna Türkiyə, Fransa, Almaniya, Niderland, Rumıniya, İsveç və İsveçrə nümayəndələri daxildir.

Qrup üzvləri Bakıya 2005-ci ilin 29 iyun-2 iyul tarixində səfər etmişdi. Bu səfərin yekunları üzrə iyunun 30-da "AQO" qrupunun rəhbəri, almaniyalı diplomat, səfir Ronald Veqener bəyan etmişdi ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirib. Bu isə ölkədə demokratik parlament seçkilərinin keçirilməsi imkanlarından danışmağa əsas verir.

O da qeyd olunub ki, AŞ baş katibinin Bakıdakı yeni xüsusi nümayəndəsi, belçikalı Denis Bribosia vəzifələrinin icrasına 15 iyun 2006-cı ildə başlayacaq.

Xəbər lenti

Xəbər lenti