...

Elman Rüstəmov: Milli Bank xarici bank filiallarının açılışından imtina edə bilər

Siyasət Materials 26 May 2006 17:31 (UTC +04:00)
Elman Rüstəmov: Milli Bank xarici bank filiallarının açılışından imtina edə bilər

Azərbaycan Milli Bankının (AMB) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bank bazarının liberallaşdırılması ilə bağlı tövsiyələrinə münasibəti radikaldır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, AMB idarə heyətinins sədri Elman Rüstəmov bildirib. ÜTT xarici bankların birbaşa filiallarının açılışına icazə verilməsini istəyir ki, həmin filiallar Azərbaycan qanunvericiliyinə deyil, mərkəzi bankın qaydalarına uyğun fəaliyyət edəcək.


"Hər şeyi danışıqlar göstərəcək. Biz hesab edirik ki, bu, ən yaxşı təcrübə deyil və buna gətirib çıxara bilər ki, biz digər ölklərdə olduğu kimi xarici bankların Azərbaycanda filial açmasına icazə verməyək və ya bu törəmə bankları şəklində həyata keçirilsin" - deyə E.Rüstəmov qeyd edib.


"Biz bankın azərbaycan ərazisində necə fəaliyyət göstəricəyini və fəaliyyətinin xarici ölkə qanunvericiliyilə tənzimlənəcəyini təsəvvür edə bilmirik. Bizi yerli nəzarət orqanları ilə tənzimləyici əlaqələrin olmaması narahat edir. Ona görə bizim bu məsələdə mövqeyimiz radikaldır" - deyə AMB rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti