...

Araz Əlizadə: "İranda soydaşlarımızla bağlı baş verən hadisələr heç də Bakıda təqdim olunduğu kimi deyil"

Siyasət Materials 8 İyun 2006 13:45 (UTC +04:00)

İranda soydaşlarımızla bağlı baş verən hadisələr heç də Bakıda təqdim olunduğu kimi deyil. Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə qeyd edib ki, İran mətbuatında və televiziya vasitələrində orada yayaşan soydaşlarımıza divan tutulması ilə bağlı heç bir məlumat yoxdur: "İranşünas mütəxəssis kimi deyə bilərəm ki, hətta ABŞ-da fəaliyyət göstərən özəl telekanllar belə bu məsələ ilə bağlı məlumatlar yaymırlar. Bu da onu deməyə əsas verir ki, İranda soydaşlarımızın guya repressiyaya məruz qalması, həbs edilməsi və yaxud da edam edilməsi heç də Bakıda səslənən fikirlərlə uyğunlaşmır".

"Bəs Azərbaycanda bu məsələnin belə şəkildə ictimaiyyətə çatdırılmasında məqsəd nədir" sualımıza ASDP həmsədri belə cavab verib: "İran banklarından kredit götürüb sonradan ödəyə bilməyərək Azərbaycanda sığınacaq tapan bir qrup mühacir elə zənn edir ki, ABŞ İranı vurduqdan sonra arzuları həyata keçəcək, Bütöv Azərbaycan yaranacaq və s. Buna görə də bu məsələni qabardaraq etiraz aksiyaları keçirməklə cəmiyyət arasında çaşqınlıq yaradırlar".

A.Əlizadə onu da vurğulayıb ki, rəsmi məlumatlara görə ABŞ Dövlət Departamenti İrana qarşı təbliğat aparmaq məqsədilə 75 milyon dollar ayırıb: "Ancaq başa düşülməlidir ki, rəsmi Vaşinqton heç vaxt Bütöv Azərbaycan ideyasını dəstəkləməyib". ASDP həmsədri onu da vurğulayıb ki, məlum hadisələri qabartmaqla Bakıda keçirilən aksiyalarda səslənən "Fars şovinizminə son qoyulsun!" şüarları da məntiqə sığmır: "İranda hakimiyyətdə təmsil olanların çoxu azərbaycanlıdır. Ali dini rəhbər Xamneyi azərbaycanlıdır və Şeyx Xiyabaninin bacısı nəvəsidir, vitse-prezident, dövlətin 10 ən böyük şirkətinin 7-inin rəhbəri, özəl şirkət rəhbərlərinin əksəriyyəti azərbaycanlıdır, orduda qulluq edən yüksək rütbəli şəxslərin arasında azərbaycanlılar çoxluq təşkil edir və s."

A.Əlizadə onu da bildirib ki, İranda soydaşlarımızın guya hüquqlarının tapdanması ilə bağlı keçirilən aksiya və mitinqlər yaxşı heç nə vəd etmir.

Xəbər lenti

Xəbər lenti