İyunun 8-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərargah rəisi İnayət Xəlilovun rəhbərlik etdiyi sərhədçilərdən ibarət nümayəndə heyəti Rostov na Donu vilayətinə səfər ediblər. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Səfərin məqsədi Rostov na Donu sərhəd idarəetməsinin komandanlığı ilə işgüzar görüşün keçirilməsindən ibarətdlir. Tərəflər dövlət sərhədlərinin Rusiya-Azərbaycan ərazisində, buraxılış məntəqələrində, həmçinin Xəzər dənizi hövzəsində operativ vəziyyətlə bağlı informasiya mübadiləsi aparacaqlar.
Həmçinin dövlət sərhədlərinin mühafizəsi üzrə əməkdaşlıq məsələlərində operativ orqanların qarşılıqlı əlaqə planının imzalanması da planlaşdırılıb.