...

Hərbi qulluqçular güzəştli ipoteka krediti ala biləcəklər

Siyasət Materials 16 İyun 2006 15:25 (UTC +04:00)

Azərbaycanda hərbi qulluqçular güzəştli ipoteka krediti ala biləcəklər. Bu barədə Trend ə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Güzəştli ipoteka kreditlərinin prezident İlham Əliyevin 23 yanvar və 23 fevral 2006-cı il tarixli sərəncamları əsasında veriləcəyi bildirilib.

Həmin sərəncamlar hərbi qulluqçuların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə aylıq vəzifə maaşlarının artırılmasına da öz təsirini göstərib. Belə ki, hazırda hərbi qulluqçular əvvəlki illərə nisbətən 2 dəfə artıq həcmdə maaşla təmin olunurlar. Bununla yanaşı, hərbi rütbəyə görə və digər formada ödənilən xərclər də artırılıb.

Büdcədən maliyyələşdirilmənin artırılması Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların və digər hərbi qurumların zabitlərinin, o cümlədən bütün şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində əhəmiyyətli rol oynayıb.

Xəbər lenti

Xəbər lenti