...

Əbu Bəkir Əl Girbi: "Yəmən MAQATE və BMT ilə əməkdaşlıqda atom enerjisindən dinc məqsədlərlə istifadəni şübhə altına almır"

Siyasət Materials 19 İyun 2006 12:23 (UTC +04:00)

"Biz MAQATE və BMT ilə əməkdaşlıqda atom enerjisindən dinc məqsədlərlə istifadəni şübhə altına almır". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 19-da Bakıda İKT ölkələri XİN başçılarının 33-cü sessiyasının açılışında Yəmənin xarici işlər naziri, təşkilatın 32-ci sessiyasının sədri Əbu Bəkir Əl Girbi bəyan edib.

"Biz Yaxın Şərq regionunda kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı mövqenin tərəfdarıyıq. Ancaq İsrail də bu silahların yayılmasına dair sazişi imzalamalıdır. O, Yaxın Şərq ölkələrini və qonşularını MAQATE ilə əməkdaşlıqda atom enerjisindən istifadə üzrə birgə mərkəz yaratmağa çağırıb. Bütün ölkələr bu mərkəzi yalnız dinc məqsədlərlə maliyyələşdirə və istifadə edə bilərdi".

"Bu mərkəzin yaradılması regionda mövcud problemli məsələləri həll etməyə imkan verəcək", - Yəmən XİN başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti