...

"Azadlıq" bloku Güney Azərbaycanla bağlı davamlı tədbirlər keçirəcək

Siyasət Materials 22 İyun 2006 13:12 (UTC +04:00)

"Azadlıq" blokunun Güney Azərbaycanla bağlı komissiyası fəaliyyət göstərəcək. Bu barədə Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.

O bildirib ki, "Azadlıq" blokunun Dünya Azərbaycanlıları Komissiyası yaradılıb və bu komissiyanın keçirdiyi ilk tədbir də məhz İranda yaşayan azərbaycanlıların problemlərinə həsr olunub. Əli Əliyevin sözlərinə görə, komissiyanın Güney Azərbaycanla bağlı tədbirləri davamlı olacaq. Həmin komissiya Güney Azərbaycanla bağlı təkliflər paketi hazırlayıb blok rəhbərliyinə təqdim edəcək.

"Biz bu məsələni daim diqqətdə saxlayacağıq və "Azadlıq" blokunun Güneylə bağlı fəaliyyətləri olacaq. Güneyli soydaşlarımızın problemlərini Azərbaycanda gündəmə gətirmək məqsədilə aksiyalar keçirilməsi də istisna deyil"-deyə Əli Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti