...

Səməd Seyidov: AŞPA tərəfindən Azərbaycanda aparılan monitorinqlərin dayandırılmasının tərəfdarıyıq

Siyasət Materials 23 İyun 2006 12:29 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycanda aparılan monitorinqlərin dayandırılmasının tərəfdarıyıq. Bu barədə Trend ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov onu da bildirib ki, ancaq belə monitorinqlərin aparılması Azərbaycan tərəfi üçün heç bir təhlükə törətmir: "Lakin istərdik ki, bu monitorinqlər aparılmasın".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə də qeyd edib ki, monitorinqlərin dayandırılması Azərbaycandan asılı deyil: "Monitorinqlər on illərlə davam etdirilə bilər. Məsələn, 1961-ci ildən Avropa Şurasının üzvü olan Türkiyədə bu proses 2005-ci ildə dayandırılıb. Monitorinqlərin davam etdirilməsi Azərbaycandan asılı olmadığı kimi, Avropa Şurası da bilmir ki, bu, nə qədər davam edəcək. Monitorinqlərin davam etdirilməsində heç bir problem görmürəm və bununla bağlı narazılıq yoxdur".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvləri Rəfael Hüseynov və Gültəkin Hacıyeva da qeyd ediblər ki, indiki şəraitdə monitorinqlər Azərbaycan üçün arzuolunmazdır.

Xəbər lenti

Xəbər lenti