...

100 kiloqramdan artıq narkotik vasitə məhv edilib

Siyasət Materials 23 İyun 2006 12:39 (UTC +04:00)

İyunun 23-də Bakı neft mədən maşınqayırma zavodunda 100 kq artıq narkotik vasitə yandırılıb. Trend xəbər verir ki, məhv edilən narkotik vasitələrin əsas hissəsini marixuana və heroin təşkil edib. Qalan hissəsi isə tiryək və xaşxaşdan ibarət olub.

Nazirlər kabinetinin narkotik vasitələrin məhv edilməsi komissiyasının sədri Əzim Piriyev jurnalistlərə bildirib ki, ötən ilin dekabrında baş nazirin müavini Əli Həsənovun sərəncamı ilə məhv etmə komissiyası yaradılıb. "Ötən illə müqayisədə müsadirə olunmuş narkotik vasitələrin çəkisi artıb. Bu isə o deməkdir ki, Azərbaycan ərazisində narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qaprşı mübarizə gücləndirilib. Hazırda yandırılan narkotik maddələr əsasən İrandan Azərbaycana keçirilən və Azərbaycanın cənub bölgələrində ayrı-ayrvı vətəndaşlardan müsadirə olunmuş maddələrdir. Bu narkotik vasitələr ayrı-ayrı məhkəmələrin qərarları ilə müsadirə olunub" deyə Ə.Piriyev bildirib.

Tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının, Dövlət sərhəd xidmətinin, Daxili işlər, Milli təhluükəsizlik, Ədliyyə və Səhiyyə nazirliklərinin, eləcə də məhkəmə orqanının nümayəndələrii iştirak edib. 100 kq-dan artıq narkotik vasitə tədbir iştirakçıları gözü qparşısında zavodun sobasına atılaraq yandırılıb.

Xəbər lenti

Xəbər lenti