İyunun 26-da gündüz saat 13.30 radələrində Zabitlər Evində başlanmış yanğın saat 17.00 radələrində söndürülüb. Trend xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən əksər yanğınsöndürmə xidmətlərinin əməkdaşları cəlb ediliblər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə bildirib ki, yanğına səbəb ilkin versiya kimi binanın damına döşənmiş qırın həddindən artıq qızması olub. Əvvəlcə təkdənbir gözə dəyən qığılcım bir qədər sonra əvvəlki-başlı yanğına çevrilib.
"Yanğın mənbələri ləğv olunub. Artıq ciddi təhlukə yoxdur. Yanğın binanın içərisindəki tikiş fabrikinin damında başlayıb. Yanğının şiddətlənməsinə isə küləyin müxtəlif istiqamətlərə tez-tez dəyişməsi olub. Bunun nəticəsində də yanğın digər binalara, o cümlədən Xəqani küçəsindəki binaya da keçib".
K.Heydərov onu da qeyd edib ki, Zabitlər Evinin kitabxanasındakı 60 minə yaxın kitab və digər əşyaları da xilasedicilər tərəfindən çıxarılıb. Yanğın nəticəsitndə ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov, onun müavinləri və Yanğınsöndürmə İdarəsinin rəisi də yanğın söndürülənədək hadisə yerində olublar.