İyunun 26-da Avropa Şurası Parlament Assambleyası Azərbaycan üzrə yeni qətnamə qəbul edib.
"Əvvəllər də qeyd olunduğu kimi, AŞPA Azərbaycan parlament nümayəndə heyətinin mandatı məsələsini nəzərdən keçirməyib. Assambleya Azərbaycanda seçki ilə bağlı vəziyyəti, xüsusilə 2005-ci il 6 noyabr parlament seçkiləri ilə 13 may təkrar səsvermə arasındakı dövrü müzakirə edib". Bu barədə Trend ə AŞPA-dakı parlament nümayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib.
Assambleya "Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri haqqında" AŞPA-nın 1480-ci qətnaməsinin yerinə yetirilməsi ilə bağlı məsələnin müzakirəsinin yekunları üzrə həmməruzəçilər Andres Herkel və Anderas Qrossun hazırladığı qətnamənin layihəsini 46 səslə "lehinə" olmaqla təqdir edib. Səsvermədə 67 parlamentari iştirak edib.