...

MSK, XİN və Milli Məclis bələdiyyə seçkilərinə beynəlxalq müşahidəçilər dəvət edəcək

Siyasət Materials 28 İyun 2006 12:50 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası, Azərbaycan Xarici İşlər Nazirliyi və Milli Məclis beynəlxalq təşkilatlara müraiət edərək onları bu il oktyabrda keçirilcək bələdiyyə seçkilərini müşahidə etməyə dəvət edəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib.

O bildirib ki, MSK-da, dairə və məntəqə seçki komissiyalarında müşahidəçilərin qeydə alınması prosesinə başlanılıb. İ.Hacıyeva qeyd edib ki, müşahidəçilərin MSK-da qeydə alınması mərhələsi səsvermə gününə 10 gün qalmış başa çatacaq. Dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatacaq. Qeyd edək ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilər xüsusi icazəli müşahidəçilər hesab olunur və onlar ölkə üzrə bütün məntəqələrdə müşahidə apara bilərlər. Onların həmçinin MSK-da və aşağı seçki komissiyalarında iclasların gedişini izləmək hüququ var. Dairə seçki komissiyalarının qeydə aldığı müşahidəçilər isə həmin dairənin ərazisində müşahidə apara bilərlər. MSK və dairə seçki komissiyaları qeydə aldıqları müşahidəçilərə xüsusi lövhəciklər verir.

İ.Hacıyeva bildirib ki, seçkinin müşahidəsində qeyri-hökumət təşkilatları (QHT), aktiv seçki hüququna malik bütün ölkə vətəndaşları, beynəlxalq təşkilatlar müşahidə apara bilərlər.

Xəbər lenti

Xəbər lenti