...

ABŞ-ın Ermənistandakı yeni səfiri "soyqırım" sözünün istifadəsi haqqında senatorların tələblərini rədd etdi

Siyasət Materials 29 İyun 2006 15:06 (UTC +04:00)

ABŞ-ın Ermənistandakı səfir vəzifəsinə yeni namizəd Riçard Hoqland (Richard Hoagland) ABŞ Senatının beynəlxalq əlaqələr üzrə Komitəsindəki çıxışı zamanı bəzi senatorların tədəblərini rədd edib və öz nitqində "soyqırım" sözündən istifadə etməyib. Trend in türk KİV-lərinə istinadən verdiyi xəbərə görə, R.Hoqlandın səlahiyyətlərini təsdiq etmək üçün ona Senatın dəstəyi lazım idi.

Lakin üç senator - respublikaçılar Corc Allen (George Allen) və Norm Koleman (Norm Coleman), həmçinin demokrat Pol Sarbanes (Paul Sarbanes) R.Hoqlanddan Osmaniya İmperiyasında qondarma erməni soyqırımını tanımağını tələb etdilər.

Üç senatorun təkidli suallarına baxmayaraq, R.Hoqland bu sözü işlətmədi. "Mən "söz oyunu"nun tərəfdarı deyiləm və keçmişə deyil, gələcəyə baxmağı üstün tuturam", - deyə amerikalı diplomat qeyd edib.

Ermənistandakı səfir vəzifəsinə təsdiq olunarsa, Riçard Hoqland Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasındakı regional əlaqələrin inkişafını dəstəkləyəcəyini bildirirdi.

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans (John Evans) Osman İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrə münasibətində "soyqırım" sözündən istifadə etdiyinə görə 2005-ci ildə prezident Corc Buş (George W. Bush) tərəfindən geri çağırılıb.

Qeyd edək ki, Riçard Hoqland hazırda ABŞ-ın Tacikistandakı səfiri vəzifəsini yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti