...

Səməd Seyidov: "Andres Qrossun dəyişdirilməsinə səbəb onun Azərbaycana qeyri-obyektiv münasibət bəsləməsidir"

Siyasət Materials 29 İyun 2006 16:58 (UTC +04:00)
Səməd Seyidov: "Andres Qrossun dəyişdirilməsinə səbəb onun Azərbaycana qeyri-obyektiv münasibət bəsləməsidir"

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun dəyişdirilməsinə səbəb onun ölkəyə qeyri-obyektiv münasibət bəsləməsidir. Bu barədə Trend in Strasburqdakı xüsusi müxbirinə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O, yeni həmməruzəçinin yüksək səviyyədə əməkdaşlıq əlaqələri yaradacağına əmin olduğunu bildirib.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki, yeni həmməruzəçi Toni Lloydu obyektiv insan kimi tanıyır.

"Toni Lloyd AŞ-nin fəal və nüfuzlu deputatlarından biridir. O, özünün AŞ prinsiplərinə sadiq çıxışları və mövqeyi ilə yadda qalıb. Yeni həmməruzəçi çox prinsipli və obyektiv insandır və güman edirəm ki, o, ədalətli mövqe tutacaq", - deyə o qeyd edib.

Q.Paşayevanın sözlərinə görə, T.Lloyd Azərbaycana həmişə müsbət yanaşıb.

Xəbər lenti

Xəbər lenti