...

Türkiyənin ordu generalı Hilmi Özkök: Türkiyə Silahlı Qüvvələri bundan sonra da Azərbaycan Silahlı Qüvvələri üçün əlindən gələni edəcək

Siyasət Materials 29 İyun 2006 20:56 (UTC +04:00)
Türkiyənin ordu generalı Hilmi Özkök: Türkiyə Silahlı Qüvvələri bundan sonra da Azərbaycan Silahlı Qüvvələri üçün əlindən gələni edəcək

Türkiyə Silahlı Qüvvələri bundan sonra da Azərbaycan Silahlı Qüvvələri üçün əlindən gələni edəcək. Trend Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Bakıda səfərdə olan qərargah rəisi Hilmi Özkök iyunun 29-da Azərbaycpanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşündə söyləyib.

"Biz inanırıq ki, Azərbaycan Respublikası daha da inkişaf edəcək, öz müstəqilliyini möhkəmləndirəcək. Sizin uğurlarınız bizim uğurlarımızdır. Bizim işbirliyimiz bundan sonra da davam edəcək ikitərəfli münasibətlərimiz güclənəcəkdir. Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinə yardımını davam etdirəcək. Türkiyə xalqı bu yardımı dəstəkləyir" - deyə Hilmi Özkbk bildirib.

Türkiyə ordusunun generalı həmçinin Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə mükafatlandırıldığına görə S.Əbiyevə və Azərbaycan xalqına minnətdarlığını bildirib. "Bu mükafat bütün Türkiyə Silahlı Qüvvələrinə aiddir" - deyə o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti