Güney azərbaycanlıların Bəzz qalasına yürüşünün qarşısı alınıb. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosundan bildiriblər.
Qeyd olunub ki, yürüş iştirakçılarının bir qisminin Bəzz qalasına çatmasına baxmayaraq İranın güc strukturları yürüşün qarşısını tam alıb. Bildirilib ki, ETTALAT-ın əməkdaşları və polis orqanlarından və könüllülərdən ibarət silahlı dəstələr Bəzz qalası istiqamətində yerləşən Kəlheybər şəhərinin giriş və çıxış yollarını nəzarətə götürüblər. Artıq bu istiqamətdə bütün avtomobillərin hərəkəti dayandırılıb. Hətta Güney Azərbaycanın bütün şəhərlərindən insanların çıxmasına qadağa qoyulub, rabitə vasitələri kəsilib.
Qeyd edək ki, Bəzz qalasına yürüşə iyunun 29-da başlanılıb. Yürüşün sabah da keçiriləcəyi istisna edilməyib.