...

Azərbaycan və Finlyandiya gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirib

Siyasət Materials 1 İyul 2006 11:30 (UTC +04:00)

Azərbaycan və Finlyandiya siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müəyyənləşdirib. Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata əsasən, bu niyyət Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Finlyandiya rəhbərliyi ilə iyunun 28-dən iyulun 1-dək rəsmi səfər çərçivəsində keçirdiyi görüşlərdə təsdiqlənib.

Səfər zamanı E.Məmmədyarov Finlyandiya prezidenti Tarya Halonen, ticarət və sənaye naziri Maori Pekkarinen, xarici işlər naziri Erki Tuomioya, Xarici İşlər Nazirliyinin dövlət katibi Perti Torstila, dövlət katibinin müavini Markus Pelira, Nokia korporasiyasının baş məsləhətçisi Miko Xaykonenlə göürüşüb.

Tərəflər Azərbaycanla Finlyandiya arasındakı əməkdaşlığın səviyyəsini müzakirə edib, biznes forumların keçirilməsi ilə bağlı razılıq əldə edib, Azərbaycanın Avropa və Avroatlantik qurumlarla, o cümlədən, Avropa qonşuluq siyasəti və NATO-nun "Sülh Naminə" proqramı çərçivəsində qarşılıqlı fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti