...

Azərbaycan və Misirin hökümətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 1 İyul 2006 13:10 (UTC +04:00)

Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın III iclası gələn ilin əvvəlində Bakıda keçiriləcək. Misir xarici işlər nazirinin Avropa ölkələri üzrə müavini Fatma Əl Zəhra Etmanın səfəri çərçivəsində aparılmış danışıqlar zamanı bu haqqda razılıq əldə olunub. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən xəbər veriblər.

Bakıda Azərbaycan tərəfi ilə keçirilmiş görüşlər zamanı gələcək iclasın gündəliyini və iclas zamanı imzalanacaq sənədləri hazırlamaq ekspertlərə həvalə olunub. Qeyd edək ki, Azərbaycan və Misirin iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyasının həmsədrləri Misir tərəfdən - xarici əlaqələr üzrə nazir xanım Faizə Əbul Naqa, Azərbaycan tərəfindən isə iqtisadi inkişaf naziri Heydər Babayevdir. Komissiyanın bundan əvvəlki iclası ötən ilin dekabr ayında Qahirədə keçirilmişdi.

İclasdan əvvəl iki ölkənin iş adamlarının iştirak edəcəyi biznes-forum da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti