...

Barmek Azerbaijan Bakı və Sumqayit elektrik şəbəkələrinin idarə olunmasının dayandırıldığını elan edib

Siyasət Materials 4 İyul 2006 16:37 (UTC +04:00)
Barmek Azerbaijan Bakı və Sumqayit elektrik şəbəkələrinin idarə olunmasının dayandırıldığını elan edib

Barmek Azerbaijan iyulun 4-də Bakı və Sumqayit elektrik şəbəkələrinin idarə olunmasının dayandırıldığını elan edib. Dünən şirkət elektrik şəbəkələrinin idarəsindən imtina etdiyi haqqında hökumətə rəsmi məktub ünvanlayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 4-də Barmek Azerbaijan şirkətinin prezidenti Hüseyn Arabul mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünən şirkət Azərbaycan hökumətilə mübahisəli məsələlərin həlli üçün İnvestisiyalar üzrə Beynəxalq Mərkəzə iddia ilə müraciət edib.

"Şirkət yatarılmış investisiya, əsas aktivlər və itirilmiş gəlirin əvəzinin ödənilməsini tələb edəcək. Bu məsələ ya danışıqlar vasitəsilə, ya da arbitrajla həll edilə bilər" - deyə o qeyd edib. H.Arabul əlavə edib ki, bu günə qədər şirkət $67,35 mln. investisiya qoyub.

Azərbaycan respublikası İqtisad Məhkəməsinin ilkin qərarına əsasən, şirkətin bank hesabları və əmlakına həbs qoyulub. Barmek Azerbaijan-ın Bakı və Sumqayit elektrik şəbəkələrinin əmlakını özgələşdirmək hüququ yoxdur. Məhkəmədə ilk dinləmə iyulun 11-nə təyin olunub. Bu qərar şirkət rəhbərliyinin son bəyanatları ilə əlaqədar vəsaitlərin xaricə çıxarılması təhlükəsinə əsaslanır.

Xəbər lenti

Xəbər lenti