...

Azərbaycanın baş prokuroru Moskvada işgüzar səfərdədir

Siyasət Materials 5 İyul 2006 12:49 (UTC +04:00)

İyulun 5-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Avropa Şurasına üzv olan 46 ölkənin baş prokurorlarının Moskvada keçirilən ikigünlük konfransına qatılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq əlaqələr şöbəsinin rəisi Ruslan Hacıyev məlumat verib.

Konfransın əsas mövzusu şəxsiyyətin müdafiəsində prokurorluq orqanlarının rolu, o cümlədən onların zərərçəkmiş şəxslər və şahidlər, eyni zamanda yeniyetmələr və azadlıqdan məhrum olunmuş şəxslər qarşısında vəzifəsi ilə bağlıdır. Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq də konfransın işində iştirak edəcək.

Konfransın işinə iyulun 6-da yekun vurulacaq. Elə həmin tarixdə Avropa Şurası Nazirlər Komitəsi yanında yeni məsləhət orqanı - Avropa ölkələri baş prokurorlarının Məsləhət Şurasının ilk iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti