...

Azərbaycan prezidenti Rusiyaya məxsus təyyarənin İrkutskda qəzaya uğraması ilə əlaqədar Vladimir Putinə başsağlığı verib

Siyasət Materials 10 İyul 2006 11:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya məxsus təyyarənin İrkutskda qəzaya uğraması ilə əlaqədar Vladimir Putinə başsağlığı verib.

"İrkutskda baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan itkisi xəbərindən təsirləndim", - deyə məktubda deyilir.

İlham Əliyev Azərbaycan xalqı və öz adından həlak olanların doğmalarına və yaxınlarına, o cümlədən bütün Rusiya xalqına başsağlığı verib.

Qəzaya uğramış A-310 təyyarəsinin göyərtəsində bir neçə xarici vətəndaş, o cümlədən 2 azərbaycanlı da olub. Onlardan biri xəstəxanadadır.

Xəbər lenti

Xəbər lenti