...

Azərbaycanın baş naziri Yaponiya XİN başçısının müavinini qəbul edib

Siyasət Materials 14 İyul 2006 17:12 (UTC +04:00)

Azərbaycanın baş naziri Artur Rəsizadə iyulun 14-də Yaponiya XİN başçısının müavini xanım Akiko Yamanakanı qəbul edib.

Nazirlər kabinetinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, A.Rəsizadə Azərbaycan-Yaponiya əlaqələrinin geniş şəkildə inkişaf etdiyini qeyd edib. Baş nazir yapon şirkətlərinin bölgənin qlobal energetika layihələrində, eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi və istismara verilmə layihəsində fəal iştirakını böyük məmnunluqla qeyd edib. O, yapon hökümətinin ölkəyə göstərdikləri humanitar yardıma görə öz təşəkkürünü bildirib.

A.Yamanaka ikitərəfli əməkdaşlığın gələcək inkişafına, o cümlədən ekologiya, təhsil, kiçik və orta sahibkarlığın inkişafı sahəsində layihələrin reallaşacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti