...

MDB-nin XİN ekspertləri gələcək fəaliyyətin prioritetlərini razılaşdırır

Siyasət Materials 18 İyul 2006 16:47 (UTC +04:00)

MDB ölkələrinin xarici siyasət qurumlarının ekspertləri təşkilat çərçivəsində gələcək fəaliyyətin prioritetlərini nəzərdən keçirərək razılaşdırmaq niyyətindədir. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən xəbər veriblər.

İyulun 21-də Bişkekdə MDB iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsində və bu sahədə təcrübə mübadiləsinin aparılmasında yardım məsələləri üzrə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr olacaq. İyulun 27-də isə Minskdə "MDB ölkələrinin yeni təhlükələr - terrorçuluq, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə müstəvisində əməkdaşlıq məsələləri" mövzusunda nazirliklər arsında məsləhətləşmələr aparılacaq.

MDB xarici işlər nazirliklərinin nümayəndələri MDB dövlətlərinin BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyindəki məsələlər ilə bağlı məsləhətləşmələr aparmaq üçün avqustun 10-da Moskvada toplaşacaq. Tədbirdə bütün üzv dövlətlərin, o cümlədən, Azərbaycanın ekspertlərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti