Milli hərəkatçılar tərəfindən qərara alınıb ki, bu ildən Savalan dağına yürüş kütləvi xarakter alsın. Bu barədə Trend ə Güney Azərbaycan Milli Hərəkat Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu bildirib.
C.Bayoğlu bildirib ki, Savalan dağına belə bir yürüş 2002-ci ildə edilib: "Bu istiqamətdə hazırlıq işləri davam edir. Amma Təbrizdə baş verən məlum olaylar nəticəsində soydaşlarımızın həbs edilməsi, azadlıqda qalanların isə təzyiqlərə məruz qalması bu kütləviliyin gerçəkləşməsinə mənfi təsir göstərə bilər. Ancaq bu təsirlərə baxmayaraq üzdə olan milli hərəkatçılar Savalan dağına yürüşü həyata keçirəcək".
C.Bayoğlu onu da vurğulayıb ki, Bəzz qalasına yürüş necə kütləvi xarakter alıbsa, bu hal 2007-ci ildə Savalan dağına yürüşdə də özünü göstərəcək. Qeyd edək ki, Savalan dağına yürüş avqustun 22-ə planlaşdırılıb.