...

İlin birinci yarısında "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əsas xərclər 1,1 mlrd. ABŞ dollarını ötüb

Siyasət Materials 21 İyul 2006 16:32 (UTC +04:00)
İlin birinci yarısında "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əsas xərclər 1,1 mlrd. ABŞ dollarını ötüb

2006-cı ilin yanvar-iyun aylarında Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yatağının işlənmə layihəsi üzrə əsaslı xərclər 1,18 mlrd. ABŞ dolları təşkil edib. Bu layihə üzrə 2006-cı il üçün 2,552 mlrd. ABŞ dolları nəzərdə tutulub. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi çərçivəsində 2006-cı ilin yanvar-iyun aylarında 735 mln. ABŞ dolları xərclənib. Bu layihə çərçivəsində 2006-cı il üçün isə 832 mln. ABŞ dolları nəzərdə tutulub. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün BP Azerbaijan şirkətinin başçısı Devid Vudvord mətbut konfransında bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" layihəsi üzrə yanvar-iyun aylarında 568 mln. ABŞ dolları nəzərdə tutulub. Bu layihə üzrə isə 2006-cı il üçün 865 mln. ABŞ dollarının xərclənməsi planlaşdırılıb. Beləliklə, 2006-cı ilin yanvar-iyun aylarında üç layihə üzrə ümumi xərclər 2,483 mlrd. ABŞ dolları təşkil edib.

2006-cı ilin yanvar-iyun aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağında Azeri Light növlü neftin orta sutkalıq hasilatı 411 min barel təşkil edib.

D.Vudvordun sözlərinə görə, 2006-cı il üçün yataqda orta sutkalıq neft hasilatı 448 min barel səviyyəsində nəzərdə tutulub. Bu zaman "Çıraq" yatağının payına 141 min barel, "Mərkəzi Azəri" yatağının payına - 226 min barel, "Qərbi Azəri" yatağının payına isə 81 min barel düşəcək.

Xəbər lenti

Xəbər lenti