...

MDB arxiv xidmətlərinin rəhbərləri Moskvada toplaşacaq

Siyasət Materials 25 İyul 2006 12:45 (UTC +04:00)

Oktyabrın 5-7-də MDB ölkələrinin dövlət arxiv xidmətlərinin rəhbərləri Moskvada toplaşacaq. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Dövlət arxiv xidmətlərinin başçıları Birlik ölkələrinin dövlət arxiv xidmətlərinin Məsləhət Şurasının növbəti iclasında iştirak edəcək.

İclasda arxiv sənədlərinin qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, o cümlədən fikir mübadiləsinin aparılması planlaşdırılır. Azərbaycan iclasda Dövlət Arxiv Xidmətinin nümayəndə heyəti ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti