...

Mehmet Aydın: "Azərbaycan Türkiyə, Türkiyə Azərbaycan üçün önəmlidir"

Siyasət Materials 28 İyul 2006 15:14 (UTC +04:00)

Türkiyə-Azərbaycan iqtisadi komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin dövlət naziri Mehmet Aydın iyulun 28-də Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətində (TÜSİAB) görüş keçirib. Trend xəbər verir ki, görüşdə Türkiyənin iş adamları, səfir və media mənsubları iştirak edib.

TÜSİAB-ın rəhbəri Bataçar Baysal 1994-cü ildə yaranan təşkilatın bu günədək Azərbaycanda gördüyü işlərdən danışıb. Bildirib ki, hər iki ölkə arasında iqtisadi münasibətlər i nkişaf etməkdədir: "Azərbaycanda 350 türk şirkəti fəaliyyət göstərir ki, bunlarından 264-ü TÜSİAB-a daxildir. Hədəfimiz 2,5 milyard dollar investisiya qoymaqdır". Türkiyə iş adamları olaraq hər sahədə fəaliyyətimizi davam etdirməyə çalışacağıq".

Daha sonra Türkiyənin dövlət naziri Mehmet Aydın qısa çıxış edib. Türkiyəli nazir Azərbaycanda keçirdiyi görüşlərin əhəmiyyətindən bəhs edib: "Keçirdiyimiz görüşlərin heç biri rəsmi olmadı. Bu görüşlər səmimi, qardaşlıq, dostluq üzərində quruldu". Nazir onu da vurğulayıb ki, fəaliyyətlərini daha da sağlamlaşdıracaqlar: "Bu vaxtadək milli, mənəvi dəyərlərlə bağlı gördüyümüz işin üzərinə bu gün iqtisadi bağlantı da əlavə olunub. Dil, mədəniyyət, tarixi bağlarımızın üzərinə iqtisadi birlik də əlavə olunub".

M.Aydın onu da bildirib ki, Azərbaycan Türkiyə, Türkiyə Azərbaycan üçün önəmlidir: "Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsindən sonra dəmir yolu və qaz layihələrini də həyata keçirməyi planlaşdırmışıq. Çətinliyimiz də var. Ancaq zaman-zaman bu çətinliyi aradan qaldıracağıq".

Xəbər lenti

Xəbər lenti