...

AB Azərbaycan-Ermənistan təşkilatının yaradılmasını təklif edir

Siyasət Materials 31 İyul 2006 12:12 (UTC +04:00)
AB Azərbaycan-Ermənistan təşkilatının yaradılmasını təklif edir

Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Bakı və İrəvana səfərləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlarla bağlı məsələ müzakirə olunub. Bu barədə Trend ə eksklüziv olaraq P.Semnebi məlumat verib.

Onun sözlərinə görə, hazırda nəzarətdən kənar davam edən bu vəziyyətin bir daha təkrarlanmayacağına əmin olmaq lazımdır.

"Bu hər iki tərəfin problemidir. Münaqişənin xarakterinə və bununla bağlı formal problemlərə baxmayaraq, düşünürəm ki, hər iki tərəf yanğınlarla mübarizə üzrə birgə təşkilatın yaradılmasında maraqlı olmalıdır. Əlbəttə, bu, müəyyən beynəlxalq kömək və ya dəstək tələb edəcək",- deyə P.Semnebi qeyd edib.

O ümid etdiyini bildirib ki, bu məsələyə sonda baxılacaq. Çünki buna ehtiyac var. "Bu, həm də gələcəkdə bir ərazidə birgə yaşayacaq və işləyəcək münaqişə tərəfləri arasında müəyyən əlaqə və etimadın yaranması vasitəsi ola bilər",- deyə avropalı diplomat hesab edir.

Xəbər lenti

Xəbər lenti