...

Prezident Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur sektorunun direktorunu qəbul edib

Siyasət Materials 31 İyul 2006 19:49 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 31-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur sektorunun direktoru Peter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüşdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlardan danışılıb.

Böyük uğurla həyata keçirilən neft-qaz layihələrinin ölkəmizdə qeyri-neft sektorunun, özəl sektorun və infrastrukturun güclənməsinə imkan yaratdığını, Azərbaycanda əhalinin ehtiyaclarını təmin edə biləcək möhkəm iqtisadi siyasət aparıldığını nəzərə çarpdıran prezident İlham Əliyev bu siyasətin mikroiqtisadi sabitliyi qoruyub saxlamaq gücünə malik olduğunu bildirib.

Azərbaycanda iqtisadi sahədə əldə edilən uğurların Dünya Bankı tərəfindən böyük maraqla qarşılandığını bildirən qonaq keçən il ölkəmizin iqtisadi inkişaf baxımından dünyada liderlik etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti