...

Musa Pənahov: Bakıda sərnişin daşıma tarifləri artırıla bilər

Siyasət Materials 4 Avqust 2006 12:49 (UTC +04:00)

Bakı şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşıma tarifləri dəyişə bilər, yəni qiymətlərin artırılması istisna olunmur. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan nəqliyyat nazirinin birinci müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Tarif (qiymət) Şurası bu məsələyə baxacaq. Şuranın sərnişin daşıma tariflərinin maya dəyərini müəyyən edəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu ilin yanvarında bəzi neft məhsulları növlərinin, o cümlədən dizel yanacağının daxili qiymətlərinin bahalaşmasından sonra nəqliyyat vasitələrinin sahibləri tariflərin artırılması ilə bağlı müraciətlər edib.

Xəbər lenti

Xəbər lenti