...

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutteres Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 9 Avqust 2006 13:21 (UTC +04:00)
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutteres Azərbaycana rəsmi səfər edəcək

Avqustun 15-də BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutteres Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyindən bildiriblər.

Onu da bildiriblər ki, ali komissar Azərbaycan dövləti tərəfindən dəvət olunub. A.Qutteres səfər çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirərək müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. O da qeyd olunub ki, ali komissarın məcburi köçkünlərin kompakt yaşadığı ərazilərə də baş çəkəcəyi gözlənilir.

Avqustun 17-də saat 17:00-da isə ali komissarın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə "Hyatt Park" mehmanxanasında mətbuat konfransı nəzərdə tutulub. İşgüzar səfər avqustun 18-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti