...

Gəncədə maye qazın qiyməti bahalaşıb

Siyasət Materials 21 Avqust 2006 16:17 (UTC +04:00)

Bir neçə gündür ki, Gəncədə maye qazın qiyməti artıb. Əvvələr 1 litri 18 qəpiyə satılan qazın qiyməti 22 qəpik olub. Bu azmış kimi sürücülər şəhərin əksər qazdoldurma məntəqələrində yanacaq tapa bilmirlər.

Məsələ ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin Qazax-Gəncə şöbəsinin müdiri Azər Muradovla əlaqə saxladıq. O bildirdi ki, qazın qiymətinə nəzarət onların səlahiyyətində deyil. Bu işlə Azəriqazın xüsusi nəzarət departamenti məşğul olur.

Xəbər lenti

Xəbər lenti