...

Hollandiya gəncləri sentyabrda Gəncəyə gələcək

Siyasət Materials 25 Avqust 2006 13:20 (UTC +04:00)

Sentyabr ayında Hollandiyadan bir qrup gənc Gəncəyə gələcək. Bu barədə Trend ə məlumatı Gəncə Aqrobiznes Assosiasiyasının vitse-prezidenti Vüqar Babayev verib.

Onun sözlərinə görə, Hollandiyanın Avalon fondu tərəfindən maliyyələşdiriləcək layihə ətraf mühitin qorunması istiqamətində əməkdaşlığa həsr olunub. Babayev bildirib ki, şəhərin 4 saylı orta məktəbinin 10-11 siniflərinin şagirdləri Hollandiyadan gələn gənclərlə ətraf mühitin qorunması mövzusunda fikir mübadilələri aparacaqlar və sonda həmin ölkədən gələn çəkiliş qrupu əməkdaşlıq haqqında sənədli film çəkəcək. Trend bildirir ki, görüşlər mütəmadi olaraq ilin sonunua kimi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti