...

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları Misirdə kurs keçəcəklər

Siyasət Materials 29 Avqust 2006 15:38 (UTC +04:00)

Misirin MDB ölkələri ilə texniki əməkdaşlıq üzrə fondu sentyabrın 1-dən 29-a qədər Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün treninqlər təşkil edəcək. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdə qeyd ediblər ki, bir ay ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik, o cümlədən terror və mütəşəkkil cinayətlə mübarizə məsələlərində təkmilləşdirilmə üzrə kurslar keçəcək.

Bütün səfər və tədris xərcləri Misirin Xarici İşlər Nazirliyinin yanında fəaliyyət göstərən Fond tərəfindən ödəniləcək.

Xəbər lenti

Xəbər lenti