...

Andrey Deşitsa: Sentyabrın 7-8-də Ukrayna prezidenti Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 5 Sentyabr 2006 16:00 (UTC +04:00)

Sentyabrın 7-8-də Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycana rəsmi səfər edəcək. Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına görə, bu barədə keçirilmiş brifinqdə Ukrayna XİN mətbuat xidmətinin rəhbəri Andrey Deşitsa məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı V.Yuşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və ölkə parlamenti rəhbərliyi ilə danışıqlar aparacaq.

Görüşdə enerji və nəqliyyat sahələrində perspektivli iqtisadi layihələrin birgə gerçəkləşdirilməsi ilə bağlı məsələlər, iki ölkə arasında ticari-iqtisadi əməkaşlığın genişləndirilməsi yolları və digər məsələlər müzakirə olunacaq.

Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Sentyabrın 1-də prezidentin mətbuat katibi İrina Qeraşenko bildirib ki, V.Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı Xəzər neftinin yeni nəql marşrutunun yaradılması imkanları, ticari-iqtisadi sahədə əməkdaşlıq, enerji təhlükəsizliyi və enerji layihələri ilə bağlı məsələlər müzakirə olunacaq.

İ.Qeraşenko qeyd edib ki, Ukrayna prezidentinin fikrincə, iki ölkə arasında əməkdaşlığın mühüm istiqaməti Xəzər neftinin nəqli üzrə yeni "Bakı-Supsa-Odessa-Brodı-Plotsk" marşrutunun yaradılmasından ibarətdir.

Sentyabrın 8-də V.Yuşenko Bakı Slavyan Universitetinə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti