...

Azərbaycan prezidenti ÜTT baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 11 Sentyabr 2006 17:15 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, sentyabrın 11-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Ümumdünya Turizm Təşkilatının baş katibi Françesko Frajiallinin görüşündə əməkdaşlıq məsələləri müzakirə olunb.

Françesko Frajialli İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin I Konfransının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Prezident İlham Əliyev ÜTT-nin baş katibinin ölkəmizə səfərinin turizmin inkişafı ilə əlaqədar Azərbaycanda görülən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaratdığını söyləyib. Dövlət başçısı İKT ölkələri turizm nazirlərinin I Konfransının önəmini xüsusi vurğulayıb, Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti