...

122 saylı Xankəndi dairə seçki komissiyasına erməni mənşəli üzv təyin olundu

Siyasət Materials 12 Sentyabr 2006 17:32 (UTC +04:00)

Sentyabrın 12-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb, bir neçə seçki komissiyasının tərkibində dəyişiklik edilib, bəzi iclas protokolları təsdiqlənib.

Əvvəlcə MSK-nın 5 sentyabr 2006-cı il tarixli iclas protokolu təsdiq edilib. Sonra 45 saylı Abşeron və 122 saylı Xankəndi dairə seçki komissiyalarının tərkibində dəyişik edilib.

Qeyd edək ki, 122 saylı Xankəndi dairə seçki komissiyasının erməni mənşəli üzvü Svetlana Qorçiyeva vəfat etdiyindən onun yeri boş qalmışdı. MSK-nın bu günkü qərarı ilə onun yerinə qızı Tamilla Qorçiyeva komissiya üzvü təyin olunub.

Xatırladaq ki, bütün seçki komissiyalarının tərkibində 7 nəfər üzv var.

Xəbər lenti

Xəbər lenti