Respublikaçılar İnstitutu Azərbaycanda oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etməyi planlaşdırmır. Bu barədə Trend ə institutun siyasi proqramlar direktoru Fariz İsmayılov məlumat verib.
Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, institutun Bakı ofisi gələn seçkilərdə monitorinq keçirə biləcək lazımi əməkdaş potensialına malik deyil.
Baş ofisin planlarına bu məqsədlər üçün insan və maliyyə resurslarının ayrılması da daxil deyil.