...

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə gənclər təşkilatları təhsil mövzusunda müzakirələr aparıb

Siyasət Materials 14 Sentyabr 2006 17:03 (UTC +04:00)

Sentyabrın 14-də Azərbaycan Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının təşəbbüsü ilə "Təhsildə islahatlar" tədbirlər silsiləsindən "Gənclərin təhsilə baxışı" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, həmçinin siyasi partiyaların gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər ölkəmizdə təhsilin mövcud vəziyyəti ilə bağlı fikir və təkliflərini açıqlayıblar. Burada müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və təhsildə rüşvətxorluğun aradan qaldırılması üçün pedaqoji işçilərin əmək haqlarının artırılması, pedaqoji təhsil alan tələbələrin təhsillərini xaricdəki ali məktəblərdə artırmasına şərait yaradılması, ixtisasartırma kurslarının fəaliyyətinin gücləndirilməsi və digər təkliflər irəli sürülüb. Eyni zamanda dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın təmin edilməsi, dərsliklərlə bağlı problemlərin aradan qaldırılması da vacib amillər kimi qiymətləndirilib.

Tədbirdə səslənən təkliflərin və gənclərin təşəbbüsü ilə keçirilən "Təhsildə hansı yenilikləri görmək istərdiniz?" sorğusunun nəticələrinin əlaqədar orqanlara təqdim edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti