Azərbaycanda yüksək mənəvi və mədəni səviyyə saxlanılıb. Bu barədə Qırğızıstanın xalq yazıçısı və ictimai xadim Çingiz Aytmatov Azərbaycanda I beynəlxalq rus kitabı festivalında iştirak çərçivəsində Trend ə eksklüziv olaraq bildirib.
"Mən Azərbaycanda olduğuma və kitab bayramında iştirak etdiyimə görə çox xoşbəxtəm", - deyə yazıçı bildirib. Onun sözlərinə görə, Bakıda bu cür möhtəşəm bayramın keçirilməsi Azərbaycan mədəniyyətinin yüksək mənəvi səviyyəsindən xəbər verir. Aytmatov hesab edir ki, bunu ənənəyə çevirmək, hər iki-üç ildən bir keçirmək lazımdır.