...

ABŞ-ın Beynəlxalq İnkişaf Agentıiyi Bakıda Kreditlərə Zəmanət Proqramı üzrə seminar keçirəcək

Siyasət Materials 19 Sentyabr 2006 16:25 (UTC +04:00)

Sentyabrın 20-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentıiyi (USAİD) Bakıda Kreditlərə Zamanət Proqramı (DCA) üzrə seminar keçirəcək. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Seminarın məqsədi DCA proqramını ictimaiyyətə təqdim etmək və burada əldə olunan məlumatı gələcək iş planlarında istifadə etmək üsulları ilə tanış etməkdir.

Bu seminar böyük həcmdə kreditlərin verilməsini asanlaşdırmaq üçün kapital və zəmanətlərə ehtiyacı olan bank və kredit təşkilatlarının menecerləri üçün nəzərdə tutulub.

Verilən məlumata görə, USAİD xüsusilə aşağıda göstərilən məqsədlərə nail olmaq üçün zəmanətlərin verilməsini təmin etməkdə maraqlıdır: kiçik biznes və kənd yerlərində böyük həcmdə kreditlərin verilməsi; maliyyələşmənin yeni metodlarının və yaxud yeni mənbələrinin inkişaf etdirilməsi; maliyyə sektoru ilə bağlı texniki biliklərin artırılması; USAİD-nin Texniki Yardım Proqramının imkanlarından istifadə.

Xəbər lenti

Xəbər lenti