...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: Azərbaycan 2007-ci ildə 45 milyon tondan artıq neft hasil edəcək

Siyasət Materials 20 Sentyabr 2006 14:51 (UTC +04:00)

Bu gün Azərbaycan "Neftçilər günü"nü və "Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənməsi üçün "Əsrin müqaviləsi"nin imzalanmasının on ikinci ildönümünü qeyd edir. "Neftçilər günü" 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə təsis olunub.

Trend xəbər verir ki, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün Bakıda "Neftçilər günü" münasibətilə milli parkda böyük xalq gəzintisi olacaq, ARDNŞ bölmələrinin sərgisi təşkil olunacaq və görülmüş işlər və şirkətin planları haqqında məlumat veriləcək.

Onun sözlərinə görə, bu il ölkədə neft hasilatının bütün tarixi ərzində rekord həcmə - 30 mln. tona çatacağı ehtimal olunur. Gələn il hasilat 47 mln. ton neft təşkil edəcək, 2009-cu ildə isə 65 mln. tona çatdırılacaq və 2010-cu ildə həmin səviyyədə saxlanılacaq.

2007-ci ildə Dövlət Neft Şirkəti şəxsən işlədiyi yataqlarda təxminən 5 mlrd. kubmetr qaz istehsal edəcək.

"ARDNŞ-in neft və qaz hasilatı üzrə proqnozları artır hazırdır. Dövlət Neft Şirkəti neft hasilatında şəxsi neftinin hasilat səviyyəsini sabitləşdirmək niyyətindədir. Qaz hasilatına gəlincə, bizdə böyük proqramlar var və biz gələn il qaz hasilatını 1 mlrd. kubmetrə qədər artırmağı nəzərdə tuturuq, bu isə gələcəkdə Rusiyadan qaz idxalının həcmini azaltmağa imkan verəcək", - deyə R .Abdullayev bildirib.

20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Xəzərin Azərbaycan şelfinin neft-qaz ehtiyatlarının fəal surətdə mənimsənilməsinin başlanğıcını qoyub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini (AİOC) yaradan saziş iştirakçıları arasında Amerikanın Amoco, McDermott, Unocal, Pennzoil, Exxon, Böyük Britaniyanın BP və Ramco, Norveçin Statoil, Rusiyanın LUKoil, Türkiyənin TPAO və Səudiyyə Ərəbistanının Delta Oil şirkəti olub. Sonradan konsorsiumun iştirakçı-şirkətlərinin siyahısında dəyişikliklər olub, müqavilədə iştirak payları yenidən bölüşdürülüb və alınıb. McDermott müqavilədən çıxıb, AİOC-ə Yaponiyanın İtochu şirkəti daxil olub, iki neft nəhəngi - BP və Amoco birləşib. Amerikanın Mobil şirkəti artıq layihənin iştirakçısı olan Exxon ilə birləşərək konsorsiuma daxil olub. Bundan əlavə, AİOC-da "yeni" adlar yaranıb: Devon Energy (keçmiş Pennzoil), Britaniyanın Ramco şirkəti isə 2000-ci ildə öz payını (2,0825%) 150 mln. ABŞ dolllarına Delta Hess Səudiyyə Ərəbistanı-Amerika alyansına sataraq layihədən çıxıb. Sonra Rusiyanın LUKoil şirkəti 10% iştirak payını Yaponiyanın İnpex şirkətinə sataraq layihədən çıxıb.

Hazırda layihənin iştirakçıları qismində BP (iştirak payı 34,1367%), Unocal (10,2814%), ARDNŞ (10%), Inpex (10%), Statoil (8,5633%), ExxonMobil (8,006%), TPAO (6,75%), Devon Energy (5,6262%), Itochu (3,9205%), Delta Hess (2,7213%) çıxış edir.

Ötən on il ərzində konsorsiuma 4 prezident başçılıq edib: Terri Adams, Devid Priçard, Con Leqat və indiyədək də konsorsiumun başçısı olan Deyvid Vudvord. 1 yanvar 2007-ci ildən etibarən onu Bil Şreder əvəz edəcək.

1997-ci ilin noyabr ayında Azərbaycan və Rusiya arasında hökümətlərarası sazişə əsasən "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsindən ilk neft sonradan dünya bazarlarına ixrac edilmək üçün Bakı-Novorossiysk boru kəməri ilə Novorossiysk limanına nəql edilib. O vaxt yeganə olan ixrac boru kəməri qeyri-rəsmi olaraq "şimal" marşrutu adını alıb. "Neftin ilkin hasilat layihəsi"nin ilkin mərhələsi çərçivəsində "Çıraq" yatağında "Çıraq-1" platforması tikilib və bu platformadan indiyədək neft hasil olunur. Hazırda xammal həmçinin "Azəri" yatağındakı iki platformadan hasil olunur. Yaxın vaxtlarda üçüncü platformanın quraşdırılması nəzərdə tutulub.

Bundan əlavə, dünya standartlarına uyğun Səngəçal terminalı tikilib və istismara verilib.

1999-cu ildə Gürcüstanın Supsa limanında terminal və Bakı-Supsa neft kəməri istismara verilib. Həmin andan ABƏŞ "qərb maşrutu" adını almış ikinci ixrac neft kəmərinin sahibi olub.

18 sentyabr 2002-ci ildə Səngəçal terminalında BTC kəmərinin tikintisinə başlanıb, 25 may 2005-ci ildə isə ilk neft boru kəməri ilə axıb. Bu il boru kəməri ilə artıq Azərbaycanın kommersiya nefti nəql olunub.

BTC ilə, əsasən, AÇG müqavilə sahəsində hasil edilən neft nəql olunacaq. Həmçinin boruda Qazaxıstan xammalı da olacaq. Boru kəmərinin daşıma qabiliyyəti ildə 50 mln. ton neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti