...

Azərbaycan prezidenti Azərbaycanın yəhudi icmasını Yeni il- Roş-Xa-Şana bayramı ilə təbrik edib

Siyasət Materials 22 Sentyabr 2006 10:53 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını Yeni il - Roş-Xa-Şana bayramı ilə təbrik edib. Bu barədə Trend xəbər verir. Prezidentin təbrik məktubunda qeyd olunub ki, bu gün Azərbaycanda milli-etnik və dini tolerantlıq atmosferi hökmranlıq edir. "Bu cəhətdən ölkəmiz bir çox dövlətlərə nümunə ola bilər", - deyə prezident qeyd edib.

Yüzillər ərzində Azərbaycanda yaşayan yəhudi icması xalqımız və cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir. Yəhudi vətəndaşlarımız hər zaman Azərbaycan xalqının yanında olub, onun kədər və sevincinə şərik olub. Ölkəmizin bərabər hüquqlu vətəndaşları kimi yəhudi icmasının nümayəndələri ölkəmizin bütün iqtisadi, sosial-mədəni və ictimai -siyasi həyatında birbaşa iştirak edir, həmçinin dünya ictimaiyyətini Azərbaycan həqiqətləri haqqında məlumatlandırmaqda, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında layiqli köməklik göstərir.

Yeniləşmə və mənəvi təmizlik bayramı olan Roş-Xa-Şana hər il Azərbaycanda yəhudi icması tərəfindən təntənə ilə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti