...

Azərbaycan və Böyük Britaniya məzunları arasında əməkdaşlıq dinamik inkişaf edir

Siyasət Materials 23 Sentyabr 2006 13:01 (UTC +04:00)

Azərbaycan və Böyük Britaniya məzunları arasında əməkdaşlıq dinamik inkişaf edir. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 23-də Bakıda Böyük Britaniyanın ölkəmizdəki səfiri Lori Bristou Azərbaycan və Böyük Britaniya məzunları Assosiasiyasının bir illiyinin təqdimat mərasimində çıxışı zamanı bəyan edib.

O qeyd edib ki, bir il bundan əvvəl Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Britaniya Şurası (British Council) və BP-nin dəstəyi ilə yaradılmış Assosiasiya ölkələr arasında təhsil sahəsində əməkdaşlığı olduqca dinamik inkişaf etdirir. Təşkilat Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə əməkdaşlıq edir. Bu təşkilat Azərbaycan və Böyük Britaniya arasında nəinki peşə, həm də ictimai şəbəkəyə çevrilir", - deyə səfir qeyd edib.

Qeyd edək ki, bugünkü konfransda təşkilatın idarə heyətinin 2006-2007-ci illər üçün sədri və üzvləri seçilib.

Xəbər lenti

Xəbər lenti